Dərc edildi: Baxış sayı: 1230
Prezident xəritəyə irad bildirdi, direktor dərhal...
Prezident İlham Əliyevin iradından sonra sözügedən xəritə dərhal əməkdaşlarımız tərəfindən sökülüb.
Bu sözləri Tovuzda Prezident İlham Əliyevin irad bildirdiyi xəritə ilə bağlı Kult.az-a açıqlama verən Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova deyib. O bildirib ki, xəritənin yenilənməsi üçün Mədəniyyət Nazirliyinə göndəriləcək.
G.Qasımova muzeydə nümayiş olunan digər tarixi xəritələrdə belə problem qeydə alınmadığını bildirib.
Məsələ ilə bağlı saytımız Mədəniyyət Nazirliyinə sorğu göndərib.
Qeyd edək ki, Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev nümayiş edilən xəritəyə elmi-tarixi baxımdan ciddi və haqlı iradı rezonans doğurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət