Dərc edildi: Baxış sayı: 411
Prezident Qubada avtomobil yolunun tikintisinə 10,8 milyon manat ayırıb
Prezident İlham Əliyev Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, Sərəncama əsasən 6 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət