Dərc edildi: Baxış sayı: 699
Prezident: 'Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir'
"Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir".
"Report" xəbər verir ki, bunu dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə deyib.
Dövlət başçısı bu sahədə ən sürətli artım illərinin ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünə təsadüf etdiyini vurğulayıb.
Prezident qeyd edib ki, ötən əsrin 80-ci illərinin əvvəlində məhsuldarlıq 30 sentnerə yaxınlaşıb, pambıq tədarükü 800 min ton səviyyəsində olub, 1981-ci ildə bu rəqəm 1 milyon tona qalxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət