Slimfit
  1. SİYASƏT

Prezident nazirliyə yeni səlahiyyətlər verdi - FƏRMAN

Prezident nazirliyə yeni səlahiyyətlər verdi - FƏRMAN
Sakura

Prezident nazirliyə yeni səlahiyyətlər verdi - FƏRMAN

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, əsasnaməyə aşağıdakı məzmunda 3.1.57-6–3.1.57-9-cu yarımbəndlər əlavə edilib:

“3.1.57-6. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar verilməsini təmin etmək;

3.1.57-7. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etmək;

3.1.57-8. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin etmək;

3.1.57-9. himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarının həyata keçirilməsini təmin etmək”.

Bundan başqa, 2.3.15-ci yarımbənd aşağıdakı redaksiyada verilib:

“2.3.15. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli və “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2022-ci il 15 fevral tarixli 1599 nömrəli fərmanlarına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, onları övladlığa götürməyi arzu edən şəxslərin, himayədar ailəyə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotunun, həmçinin övladlığagötürmə və himayədar ailə sahəsində digər xidmətlərin elektron qaydada aparılması”.

Eyni zamanda, aşağıdakı məzmunda 3.1.24-1–3.1.24-5-ci yarımbəndlər əlavə edilib:

“3.1.24-1. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar qəbul etmək;

3.1.24-2. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görmək;

3.1.24-3. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində tədbirlər görmək, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarını hazırlamaq;

3.1.24-4. himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarını həyata keçirmək;

3.1.24-5. himayədar ailə və valideyn himayəsindən məhrum olmuş uşaqların mənafeyinin müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikasının Ailə Məcəlləsindən irəli gələn digər vəzifələri yerinə yetirmək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR