Slimfit
  1. SİYASƏT

Prezident Muxtar Babayevə daha bir vəzifə verdi

Prezident Muxtar Babayevə daha bir vəzifə verdi
Sakura

Prezident Muxtar Babayevə daha bir vəzifə verdi

Prezident İlham Əliyev “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Ens.az xəbər verir ki, dəyişikliklə “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Cəmiyyətin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri:

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Müşahidə Şurasının üzvləri

Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri

Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR