Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev zimbabveli həmkarı ilə görüşüb

Prezident İlham Əliyev zimbabveli həmkarı ilə görüşüb
Sakura

Prezident İlham Əliyev zimbabveli həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirdi.

İkitərəfli münasibətlərdə bu səviyyədə səfərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Zimbabve arasında güclü əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Zimbabve Prezidentinin Azərbaycana səfərinin ikitərəfli gündəliyimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Emmerson Dambudzo Mnanqaqva dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə etdi.

O, İlham Əliyevə Prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı və bu qələbəni xalqın dövlətimizin başçısına göstərdiyi etimad kimi dəyərləndirdi.

Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu bildirildi, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsinin vacibliyi vurğulandı, iqtisadi aspektin də əməkdaşlığın inkişafında oynaya biləcəyi rol qeyd edildi. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırıldı.

İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin təsirinə məruz qaldıqları qeyd olundu və bu sahədə, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunuldu.

 

Söhbət zamanı kənd təsərrüfatı, təhsil və digər isitiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin önəmi bildirildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR