Prezident İlham Əliyev Qusarda yol tikintisinə 6,6 milyon manat ayırıb
Prezident İlham Əliyev Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Mənbə: Trend
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət