Dərc edildi: Baxış sayı: 227
Prezident İlham Əliyev: "İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manat vəsaitin xərclənməsini təmin edəcəyik"
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”, - deyən dövlət başçısı əlavə edib ki, iki məktəb istisna olmaqla, bütün qalan infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət