Slimfit
  1. AZƏRBAYCAN

Prezident İlham Əliyev iki səfirin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev iki səfirin etimadnaməsini qəbul edib
Sakura

Prezident İlham Əliyev iki səfirin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr fəxri qarovul dəstəsinin qarşısından keçib.

Haməd bin Abdullah bin Səud bin Xudeyr etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın yüksək səviyyədə olduğunu, güclü siyasi əlaqələrin qurulduğunu bildirərək ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsinin bunun parlaq təzahürü olduğunu deyib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğuladı.

Dövlətimizin başçısı ölkələrimizin iqtisadi, ticarət, investisiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq göstərdiklərini və bu istiqamətdə birgə fəaliyyət həyata keçirdiklərini bildirib. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayının sürətlə artmasını əlaqələrimizin gözəl nümunəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edərək Haməd bin Abdullah bin Səud bin Xudeyrin səfir kimi fəaliyyəti dövründə qardaşlıq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr xoş sözlərə görə minnətdarlığını bildirərək İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O vurğulayıb ki, Kral Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. O, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun etimadnaməsini qəbul edib. Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz fəxri qarovul dəstəsinin qarşısından keçdi. Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanın Braziliya ilə əlaqələrə böyük önəm verdiyini qeyd edərək ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Siyasi sahədə əlaqələrin qarşılıqlı anlaşmaya əsaslanaraq tarazlı şəkildə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ticari-iqtisadi əlaqələrin və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyini qeyd edib. İki ölkə arasında aviasiya sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı, həmçinin mədəniyyət və turizm sahələrində də əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Prezident İlham Əliyev Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza səfir kimi Azərbaycanda fəaliyyəti dövründə uğurlar arzulayıb. Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Braziliyanın dövlət başçısının salamlarını Prezident İlham Əliyevə çatdırdı və Azərbaycanda fəaliyyətə başlamasından böyük məmnunluq hissi keçirdiyini qeyd edib.

Səfir ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparıldığını qeyd edərək iqtisadi, ticarət və digər sahələrdə iki ölkənin mövcud potensialından istifadə edilməsi üçün səylərin artırılmasının zəruriliyini bildirib. O, ümidvar olduğunu deyib ki, iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrupunun keçirilməsi nəzərdə tutulan növbəti iclası bu istiqamətdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylə çalışacağını bildirib. Prezident İlham Əliyev Braziliya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının çatdırılmasını xahiş edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR