Prezident İlham Əliyev Efiopiya və Keniyanın dövlət başçılarına başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə başsağlığı məktubu göndərib.
"Report"un xəbərinə görə, başsağlığı mətnində deyilir:
"Hörmətli xanım Prezident,
“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya da başsağlığı məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət