Slimfit
  1. AZƏRBAYCAN

Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib

Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
Sakura

Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib

 Azərbaycan Prezidenti İlham Əliyevnoyabrın 21-də Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib.

"Report" xəbər verir ki, kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.

Prezident İlham Əliyev “Əbədi şöhrət” abidəsinin önünə əklil qoyub.

Sonra dövlət başçısı “Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub.

Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur.

Dövlət başçısı 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxdı. Muzeydə, eyni zamanda, İkinci Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir.

Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir.

Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR