Slimfit
  1. SİYASƏT

Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur

Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur
Sakura

Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur

Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırladan dövlətimizin başçısı deyib: “Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir”.

 

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, islamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR