Slimfit
  1. SİYASƏT

Prezident: "Əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır"

Prezident: "Əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır"
Sakura

Prezident: "Əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır"

"Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə bu qanlı hadisəyə öz münasibətini bildiriblər. Bu istiqamətdə işlər davam etdiriləcək".

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə də bir çoxları üçün bu məsələ aydın deyildi. O illərdə Azərbaycanın beynəlxalq aləmdə böyük imkanları da yox idi. Bunun müqabilində erməni lobbisi fəal çalışırdı və müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq və təkzib etmək üçün böyük səylər göstərməli idik. Son illər ərzində ardıcıl sürətdə bu fəaliyyəti göstərmişik. Dövlət və ictimai təşkilat olaraq. İctimai təşkilat olaraq da Heydər Əliyev Fondunun adını çəkmək olar. Belə ki, "Xocalıya ədalət" şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib. Bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumatlar var. Bizim əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır. Nə Azərbaycanda, nə də dünyada. Bu, heç vaxt təkrarlanmasın", - dövlət başçısı əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR