Dərc edildi: Baxış sayı: 732
Prezident: “Erməni ordusu məhv edilib, o, mövcud deyil”
“Ermənistanda ordularının məhv edildiyini, onun mövcud olmadığını anlayıblar, onların 10 min fərarisi var, onların bütün təsəvvürləri dəyişib”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.
Prezident mövcud vəziyyətə görə Ermənistan cəmiyyətinin özünün günahkar olduğunu qeyd edib: “Bu psixoloji travmadır, bəli, siz tamamilə haqlısınız, amma bunun günahkarı kimdir? Onlar özləri. Yalnız hakimiyyətdəkilər deyil, bütövlükdə cəmiyyət. Gözlərini açmalı və bu mühitdə yaşamalı olduqlarını anlamalıdırlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət