Slimfit
  1. SİYASƏT

“Pravda”nın Qarabağ yalanı və Kuznetsovun möhtəşəm cavabı

“Pravda”nın Qarabağ yalanı və Kuznetsovun möhtəşəm cavabı
Sakura

“Pravda”nın Qarabağ yalanı və Kuznetsovun möhtəşəm cavabı

Dünyanın siyasi səhnəsində İrəvanın bir sıra uğursuzluqlarından sonra istirahət günlərində Ermənistanda bir çoxları olduğu kimi, Rusiyanın populyar “Komsomolskaya Pravda” qəzetinin müxbiri Aleksandr Qrişini də yuxu tutmayıb. O, birdən-birə Dağlıq Qarabağ münaqişəsi haqqında yazmaq istəyib.

Yəqin ki, yoldaş Qrişinə artıq 30 ilə yaxındır davam edən münaqişəyə dair öz “şedevr”ini yaratmaq üçün cəmi bir neçə saat tələb olunub. Zəmanəmizin ən həssas məsələrindən birini “Pravda”nın müxbiri hansısa 5 abzasa sığışdırmağa qərar verib. Bunun üçün Paşinyanın NATO baş katibinə göndərdiyi məktub informasiya mənbəyi kimi seçilib.

Ermənistanda sözügedən feyklə bağlı hər kəs reaksiya verib. Hətta Ermənistan hökuməti tərəfindən rəsmi bəyanat da verilib ki, sözügedən məktub orijinal deyil.

Burada sual yaranır: Qrişini nə üçün yuxu tutmayıb? Nə üçün bu feyk Ermənistan hökumətini və diasporunu bu qədər qarışdırdı? Bəlkə bu feykin arxasında nəsə gizlənir?

Bu məsələnin bir tərəfidir.

İndi isə birbaşa “Komsomolskaya pravda”dakı məqaləyə qayıdaq. Niyə Qrişin jurnalist yox, müxbirdir? Cavab sadədir, jurnalist yalnız bir tərəfin maraqlarını müdafiə edərək danışa bilməz. Necə ola bilər ki, o, bir dəfə belə olsun Dağlıq Qarabağdan bir milyon azərbaycanlı qaçqın, Azərbaycan torpaqlarının işğalı faktını tanıyan BMT qətnamələri və Xocalı soyqırımı barədə eşitməyib? Jurnalistin bu barədə bilməməsi mümkün deyil, burada məsələ maraqlardadır – mənəvi, maddi vəs... Bəs bu möhtərəm redaksiyanın redaktorları hanı?

Nəhayət, bu “qlobal siyasi məsələlər üzrə şərhçi”nin konkret sərsəmləmələrinə keçək.

Qrişinə cavab elə onun öz həmvətənlərindən gəlib. Məşhur rusiyalı tarixçi Oleq Kuznetsov məqalə müəllifinə cavab verməyi özünə borc bilib:

“Komsomolskya pravda” Qarabağla bağlı necə də gözəl yalan danışır. Mənə aşağıdakı fikirlər xüsusən təsir etdi: “Ermənistanın qondarma respublikada qoşunları yoxdur. Müdafiə xəttində “Qarabağ ordusu”nun bölmə və birləşmələri dayanır. Erməni ordusu isə sərhədə çox yaxın olsa da, Ermənistan ərazisindədir”. Bu cəfəngiyatı yazmış jurnalist Aleksandr Qrişindən soruşmaq istəyirəm: “Oğul, bəs yaxşı, səncə, Paşinyanın oğlu indi harada xidmət edir? Başa düşürəm, bu gün Rusiyada “Kommersant”ın redaksiyasının dağılmasından sonra bir tikə çörək üçün bundan da betər alcaqlığa əl atanlar tapılar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR