Dərc edildi: Baxış sayı: 666
"Porsche" 1,2 mindən çox avtomobili geri çağırıb
"Porsche" şirkəti Rusiyada 1,2 mindən çox avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar avtomobillərdə proqram təminatındakı səhvlə bağlı sükan idarəetməsində qeydə alına biləcək mümkün qüsurlarla əlaqədardır.
Geri çağırılma 15 noyabr 2016-cı ildən 17 dekabr 2018-ci ilədək Rusiyada satılmış "Panamera" modellərinə şamil edilib.
Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət