Dərc edildi: Baxış sayı: 374
Pompeo yenə Ukraynaya vəd verdi
ABŞ Ukraynaya Rusiya təhdidinə qarşı müqavimət göstərməsi və ölkə daxilində korrupsiya ilə mübarizə aparması üçün yardım göstərməyə davam edəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, ABŞ-ın Ukrayna ilə bağlı mövqeyi dəyişməyəcək.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidentinin Ukraynadan keçmiş vitse-prezident Cozef Baydenin oğlu ilə bağlı cinayət işini yenidən gündəmə gətirməsini istəməsi barədə məlumat yayılıb. Bu məlumatla paralel Trampın Ukraynaya 400 milyon dollarlıq hərbi yardımı dondurması ciddi suallar doğurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət