Slimfit
  1. İQTİSADİYYAT

Pomidorun qiyməti bir həftə enməyəcək - Ekspertdən şok açıqlama

Pomidorun qiyməti bir həftə enməyəcək - Ekspertdən şok açıqlama
Sakura

Pomidorun qiyməti bir həftə enməyəcək - Ekspertdən şok açıqlama

İyulun onuncu gününü yaşasaq da hələ açıq sahə pomidoru bazarlara çıxmayıb

“Havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı”.

AzNews.az xəbər verir ki, bunu Kənd Təsərrüfatə Nazirliyinin eksperti Nicat Nəsirli son günlər pomidorun qiymətinin kəskin artmasına münasibət bildirərkən deyib. O bildirib ki, pomidorun qiymətinin qalxması əsas müzakirə mövzularındandır:

“İyul ayını hamı həsrətlə gözləyirdi ki, Xaçmaz, Şəmkir, Sabirabad, Masallı pomidoru satışa çıxsın, qiymətlər ucuzlaşsın, bir tərəfdən evlərə qış tədarükü başlasın. Digər tərəfdən insanlar yayın bürküsündə pendir-çörək süfrəsi açıb istinin ləzzətini çıxarsınlar. Lakin iyulun onuncu gününü yaşasaq da hələ açıq sahə pomidoru bazarlara çıxmayıb. Səbəb? Bu ilki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, ilkin yazdan başlayaraq havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı. İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun ikinci ongünlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun əvvəllərində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalar da açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib. İstilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir”.

Nicat Nəsirli qeyd edib ki, artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığı üçün kütləvi yetişmə prosesi gecikir: “Tərəvəzçilik rayonlarında apardığımız müşahidələr görə, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib. Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük başlayırdı. Artıq müşahidələrə görə, fermerlər yalnız ala-kal məhsulların yığımına başlayıb. Fermerlər deyirlər ki, tez, orta və gec yetişən sortlar əksələr də yetişmə prosesində ardıcıllıq itib, tez yetişən sortların yığımı iyulun 10-a qədər başa çatmalı idi. Lakin hələ yığım yenicə başlayb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib”.

Ekspert vurğulayıb ki, iqlimdəki qeyri-stabillik düzələrsə, ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq və bununla da bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR