Slimfit
  1. DÜNYA

“Polşanın hava məkanını, çox güman ki, Rusiya raketi pozub”

“Polşanın hava məkanını, çox güman ki, Rusiya raketi pozub”
Sakura

“Polşanın hava məkanını, çox güman ki, Rusiya raketi pozub”

“Çox güman ki, Rusiya raketi Ukraynanın irimiqyaslı atəşə tutulmasından sonra ölkənin hava məkanını pozub”.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargah rəisi general Vislav Kukula məlumat yayıb.

“Hər şey Rusiya raketinin Polşanın hava məkanına daxil olduğunu göstərir. Hərbçilər hələ də bu məlumatı yerindəcə təsdiqləyir və yoxlayırlar”, - Kukula Milli Təhlükəsizlik Bürosunun iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Kukulanın sözlərinə görə, raket artıq Polşanın hava məkanını tərk edib.

Bundan əvvəl “Polsat” qeyri-rəsmi məlumatlara istinadən yazıb ki, ölkənin hava məkanı çox güman ki, X-22 və ya X-101 qanadlı raketləri ilə pozulub, kursu dəyişdikdən sonra Ukrayna səmasına qayıdıb və orada hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR