Dərc edildi: Baxış sayı: 479
Polşalı gimnast: Bakını çox bəyənirəm
"EYOF Bakı 2019"da idman gimnastikası yarışlarında iştirak edən polşalı gimnast Kasper Qarnzarek çıxışndan razı qaldığını qeyd edib.
Trend-in məlumatına görə, idmançı artıq ikinci dəfə Bakıda çıxış etdiyini vurğulayıb: "İkinci dəfədir ki, paytaxtınızdayam. Bu yarışlardakı çxışımdan ümumən razı qaldım, yalnız 1 uğursuz hərəkətim oldu".
Polşalı gimnast Bakını çox bəyəndiyini də bildirib: "Xüsusən, Milli Gimnastika Arenasını çox bəyənirəm və şadam ki, növbəti yarışlarda iştirak eytmək üçün yenidən Azərbaycanın paytaxtına gələcəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət