Slimfit
  1. SİYASƏT

Polşa portalında Azərbaycanın şərabçılıq ənənələri barədə məqalə yayımlanıb

Polşa portalında Azərbaycanın şərabçılıq ənənələri barədə məqalə yayımlanıb
Sakura

Polşa portalında Azərbaycanın şərabçılıq ənənələri barədə məqalə yayımlanıb

Polşanın sukces.rp.pl portalında Azərbaycanın illərlə formalaşmış şərabçılıq ənənələri və üzümçülük təsərrüfatları barədə geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Qafqazda, xüsusən Azərbaycanda yetişdirilən üzüm sortları barədə geniş məlumat verilir. Bildirilir ki, şərabçılıq sənayesini genişləndirmək üçün nəinki yerli, həm də qonşu Gürcüstandan və Fransadan sırf şərab sortu olan üzümlər gətirilib əkilir. Torpaq isə burada yüksək keyfiyyətli məhsul becərməyə imkan verir.

Xüsusilə qeyd olunur ki, ölkədə üzüm əl ilə toplanır və şərab hazırlanmasında ən keyfiyyətli məhsul diqqətlə seçilir. Fransadan marselyan, karinyan, mourvedre, russan, Gürcüstandan saperavi kimi sortlar gətirilməklə yanaşı, Azərbaycanın öz məhsulu olan bayan şirə, mədrəsə, şirvanşah sortlarından müxtəlif çeşidli, yəni bəyaz, qırmızı, turş və sair şərablar hazırlanır.

Yazıda vurğulanır ki, Azərbaycanda şərabçılıq istehsalı hələ sovet dövründə o zamankı ölkə rəhbəri Heydər Əliyev tərəfindən qoyulsa da, müasir şərabçılığın inkişafı kənd təsərrüfatı sahəsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin adı ilə bağlıdır. Təəssüf ki, ötən əsrin 90-cı illərindən sonra üzümlüklərin böyük əksəriyyəti məhv edilmiş, sənaye avadanlıqları sıradan çıxmışdı. Lakin son 5 ildə bu sahənin dirçəlməsi nəinki ölkə iqtisadiyyatına, həm də bu işlə məşğul olan fermer təsərrüfatlarına böyük gəlir gətirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR