Slimfit
  1. GÜNDƏM

Polkovnikdən çağırış: "Minalar hələ də can alır, təmizlənməmiş ərazilərə getmək olmaz"

Polkovnikdən çağırış: "Minalar hələ də can alır, təmizlənməmiş ərazilərə getmək olmaz"
Sakura

Polkovnikdən çağırış: "Minalar hələ də can alır, təmizlənməmiş ərazilərə getmək olmaz"

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Torpaqlarımız əsasən işğaldan azad edilib. Lakin 30 ilə qədər işğal altında olmuş ərazilər minalanıb. Atəşkəs başlanandan sonra da münaqişə bölgəsində minaya düşərək həyatını itirən və yaralanan hərbçilərimiz var. Odur ki, həmin ərazilərdə müvafiq qurumların tez bir zamanda təmizləmə işləri görməsinə ehtiyac var.

Bəs minalanmış ərazilərimiz necə təmizlənəcək?

Hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əvvəl bütün proseslər hərbçilər tərəfindən həyata keçiriləcək. Yəni mühəndis istehkam prosesi reallaşdırılacaq. Zəruri hərbi obyektlərin ərazisi minalardan təmizlənəcək.

Ekspertin sözlərinə görə, növbəti mərhələ - yaşayış ərazilərinin minalardan təmizlənməsi ANAMA tərəfindən həyata keçiriləcək. Və bundan sonra həmin ərazilər müvafiq komendantlığa təhvil veriləcək:

"Həmin ərazilərdə infrastruktur qurulacaq, evlər tikiləcək. Bundan sonra vətəndaşlarımız mərhələli şəkildə köçürüləcək".

O ki qaldı minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə, ekspert bildirib ki, bu xəritənin Azərbaycana verilməsi mümkün deyil, verilsə belə, o xəritəyə inanmaq olmaz.

Polkovnik Şair Ramaldanov isə bildirib ki, minalanmış ərazilər xüsusi proqram üzrə təmizlənəcək. Bu proqrama beynəlxalq təcrübəyə malik qurumlar cəlb ediləcək.

"Hazırkı durumda hər kəs ehtiyatlı olmalıdır. Yoxlanılmamış, bilinməyən ərazilərə getmək olmaz", - deyə polkovnik bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə, əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir. Ötən gün ANAMA-nın bir əməkdaşı Füzuli rayonunda minaya düşərək ayağını itirib. Ondan əvvəlki günlərdə də bir neçə hərbçimiz minaya düşərək həyatını itirib və yaxud ağır bədən xəsarətləri alıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR