Slimfit
  1. DÜNYA

Məşhur "Ferrari" filminin prodüseri Tramp haqqında film çəkəcək: 100 milyon dollar axtarır

Məşhur "Ferrari" filminin prodüseri Tramp haqqında film çəkəcək: 100 milyon dollar axtarır
Sakura

Məşhur "Ferrari" filminin prodüseri Tramp haqqında film çəkəcək: 100 milyon dollar axtarır

Prodüser Andrea İervolino ABŞ Prezidenti Donald Tramp haqqında film hazırlamaq üçün potensial tərəfdaşlar axtarır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bu barədə "Deadline" nəşri məlumat verib.

Məlumata görə, İervolino layihəyə böyük büdcə - təxminən 100 milyon dollar cəlb etməyi planlaşdırır. Aktyorlar hələ müəyyən edilməyiblər, lakin çəkilişlərin 2025-ci ilin sonunda ABŞ-də başlaması nəzərdə tutulur.

İervolino qarşıdan gələn layihəni "ABŞ-nin 45-ci və 47-ci prezidenti, maqnat, televiziya ikonası Donald Trampın həyatı və irsi haqqında bioqrafik film" kimi xarakterizə edib. O qeyd edib ki, Trampın müasir dövrə təsiri "danılmazdır".

 

Bildirək ki, Andrea İervolino opera müğənnisi Andrea Boçelli haqqında "Səssizliyin musiqisi" və "Ferrari" kimi biopikləri çəkib. O həmçinin III Con Pol Qettinin oğurlanmasından bəhs edən və baş rollarını Al Paçino və Keti Holmsun oynacayağı "Əsir" filmi üzərində də işləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR