Slimfit
  1. CƏMİYYƏT

Politoloq: “Türkiyə öz maraqlarını strateji müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazırdır”

Politoloq: “Türkiyə öz maraqlarını strateji müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazırdır”
Sakura

Politoloq: “Türkiyə öz maraqlarını strateji müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazırdır”

Tovuz istiqamətində düşmənin təxribatlarından sonra dörd gün davam edən müharibə başa çatsa da, müzakirələr təbii olaraq uzun müddət davam edəcək.

Təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə, o cümlədən, qardaş Türkiyənin müxtəlif televiziya kanallarında bu döyüşlərlə bağlı şərhlər kifayət qədərdir. Türk ekspertləri ermənilərin təxribatları ilə əlaqədar ən müxtəlif versiyalarını, ehtimallarını irəli sürürlər.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu türkiyəli şərhçilərin versiyalarına bəndlərlə cavab verdi: “Türkiyənin tanınmış ekspertlərinin müzakirlərindən bir neçə qənaətə gəlmək mümkündür.

Birincisi, türkiyəli ekspertlər hesab edirlər ki, son insident Rusiyanın planıdır. Rusiyanın Liviyadakı mövqeləri zəiflədiyindən və Türkiyə Liviyada gücləndiyindən Kreml bunun əvəzini Türkiyənin Qafqazdakı stareji müttəfiqi Azərbaycana Ermənistan üzərindən zərbə endirməklə çıxmağa çalışıb və bu yolla Ankaraya xəbərdarlıq mesajı göndərib.

İkincisi, türkiyəli ekspertlər düşünürlər ki, Azərbaycanı zəiflətmək Türkiyəni zəiflətmək deməkdir. Ona görə də Türkiyə necə ki, İraqda, Suriyada və Liviyada hərbi yolla öz maraqlarını müdafiə edir, Mehmetciyin Azərbaycana yardıma getməsi mümkün variantlardan biridir. Bu sırada Türkiyə ilə Azərbaycan arasında hərbi strateji əlaqələrin daha üst səviyyəyə qaldırılması gündəmə gətirilir.

Üçüncüsü, türkiyəli ekspertlər onu da qeyd edirlər ki, Fransa da Tovuzdakı insidentdə maraqlı olub. Çünki, Fransa Liviyada Türkiyəyə məğlub olub. Fransa üçün Liviyanın  itirilməsi illərdir sərvətlərini xortumladığı Orta Afrika ölkələrinə çıxış imkanlarını məhdudlaşdırır. Ona görə də dünyada say etibarilə ermənilərin ikinci böyük lobbisi olan Fransa Qafqazda Türkiyənin maraqlarının zəiflədilməsinə çalışır.

Dördüncüsü, türkiyəli siyasi ekspertlər hesab edirlər ki, Tovuzun yaxınlığından keçən neft və qaz boru xətlərinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna ciddi təhlükə var. Bu isə birbaşa Türkiyənin təhdid edilməsi deməkdir.

Beləliklə, türkiyəli ekspertlər Tovuzdakı insidentə geniş apsketdən yanaşırlar. Elə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ermənilərin təxribatına “Bu hücum Ermənistanın səviyyəsini aşan hadisədir” açıqlaması da arxa planda başqa güclərin olduğuna işarədir.

Dağlıq Qarabağda 1990-cı illərin əvvəllərindəki müharibədən sonra Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Türkiyə 1990-cı illərdəki durumundan fərqli olaraq hazırda regional gücə çevrilib və Azərbaycana qarşı təxribatlara seyrçi qalmayacaq. Ankarada Azərbaycanın təhlükəsizlik maraqları Türkiyənin təhlükəsizlik maraqları ilə eyni tutulur. Odur ki, əgər xarici güclər Ermənistan üzərindən Azərbaycana hücumlar təşkil edirlərsə, Ankarada artıq bunu Türkiyəyə hücum kimi dəyənləndirirlər. Ona görə də Türkiyə necə ki, öz maraqlarını ətraf ölkələrdə qoruyur, eyni maraqlarını bir nömrəli strateji müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazırdır”.

 

Mənbə: Musavat.com

 

Cavanşir ABBASLI,

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR