Slimfit
  1. CƏMİYYƏT

Polisə qaz sıxdıran onlardır - Aqil Abbas

Polisə qaz sıxdıran onlardır - Aqil Abbas
Sakura

Polisə qaz sıxdıran onlardır - Aqil Abbas

Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub. Söyüdlüdə camaatı küçəyə çıxaran da, polisə qaz sıxdıran da eyni əldir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Aqil Abbas deyib.

O qeyd edib ki, FETO-çülər meydan sulayır:

“Media adamıyam, mən media adına danışıram. Media da FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını Söyüdlüyə göndərən əli tapmaq lazımdır”.

Deputat Gədəbəy İcra Hakimiyyətinin başçısı və bələdiyyə sədrini də tənqid edib:

“Onlar niyə hiss etməyib ki, Gədəbəydə belə təxribat hazırlanır?! Niyə gedib vətəndaşlarla işləməyiblər? Necə olur ki, iki nəfər Rusiyadan gəlib o aksiyanı planlaşdırıb? İcra Hakimiyyətinin işçiləri hara baxırdı?! Hazırda Azərbaycanda polisi nüfuzdan salmağa çalışırlar. Bu yolverilməzdir. Polis ölkənin onurğa sütunudur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR