Slimfit
  1. TEXNOLOGİYA

Polis süni intellekti cinayətkarı cinayətdən əvvəl müəyyənləşdirəcək

Polis süni intellekti cinayətkarı cinayətdən əvvəl müəyyənləşdirəcək
Sakura

Böyük Britaniya polisi potensial cinayətkar və qurbanları cinayət baş verməzdən əvvəl müəyyənləşdirməyə…

Böyük Britaniya polisi potensial cinayətkar və qurbanları cinayət baş verməzdən əvvəl müəyyənləşdirməyə imkan verən süni intellektin sınağına başlayıb.

ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, “NDAS” adlanan neyron şəbəkə yerli və milli polisin məlumat bazaları əsasında işləyir və törədilmiş cinayətlər haqqında 1 terabayt tutumlu məlumat və cinayətkarların 5 milyon tarixçəsi barədə məlumatlandırılıb.  

Məlumata görə, 1,4 milyon identifikatoru yoxladıqdan sonra qərar çıxaran sistem yaxın vaxtda cinayət törədə biləcək insanların və hətta cinayətkarların hansı silahdan istifadə edəcəklərinin reytinqini tərtib edir. Polisin məlumat bazasında hər bir şəxs cinayətkar fəaliyyət riski üzrə qiymətləndirilir. Bu məlumatlar əsasında insanla polis və ya sosial xidmətlər işləməyə başlayır.

Bildirilir ki, pilot layihə çərçivəsində sistemdən Böyük Britaniyanın müxtəlif şəhərlərinin səkkiz polis bölməsi istifadə edir. Layihə rəhbəri Yan Donnelli qeyd edib ki, polis risk zonasına daxil olan insanları həbs etməsə də, onlarla profilaktik söhbətlər aparacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR