Polis niyə AMEA-nın ətrafına cəmləşib? - Akademiyadan AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin yerləşdiyi binanın qarşısında çox sayda polis əməkdaşı və pentensiar xidmətə məxsus avtobuslar cəlb edilib. Sosial şəbəkə istifadəçilərinin yazdığına görə ərazidə böyük əməliyyat keçirilir.
Ens.az xəbər verir ki, Modern.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün hadisə yerində olub. Aydın olub ki, bu gün saat 15:00-da həbs edilən Tofiq Yaqublunun azadlığı üçün aksiya təşkil ediləcək. Polis baş verə biləcək qarşıdurmanın önləmək üçün əraziyə cəlb olunub.
Məsələ ilə bağlı AMEA-nın Rəyasət Heyətinin vitse-prezidenti İsa Həbibəyli Modern.az-a bildirib ki, AMEA ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:
“AMEA-da qeyri-adi nə var ki, burada əməliyyat keçirilsin. Narahatlıq üçün əsas yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət