Slimfit
  1. CƏMİYYƏT

Polis Azərbaycan Xalq Hərəkatının qərargahına basqın edib? - Rəsmi

Polis Azərbaycan Xalq Hərəkatının qərargahına basqın edib? - Rəsmi
Sakura

Polis Azərbaycan Xalq Hərəkatının qərargahına basqın edib? - Rəsmi

Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahına basqın edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Bunu Oxu.Az-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

Onun sözlərinə görə, dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi, polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb:

“Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini, 1982-ci il təvüllüdlü Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib.

Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib.

Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb. Bu barədə H.Əliyev polisə müraciət edib. Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, bu gün Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin və Hərəkat daxilində fəaliyyət göstərən Qarabağ Komitəsinin birlikdə toplantısı keçirilib.

İddia olunur ki, bu zaman qərargaha ümumi sayı 30-40 nəfər olan silahlı polis əməkdaşları daxil olaraq toplantını zor gücünə dağıdıb, hərəkatın rəhbərlərini ofisdən məcburi qaydada çıxarıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR