"Polat Alemdar" arvadından təzminat alacaq
Türkiyəli aktyor Necati Şaşmazın 7 illik həyat yoldaşı Nagehan Şaşmazla boşanma xəbərləri Türkiyə mediasını zəbt edib.
Femida.az xəbər verir ki, cütlüyün ayrılmasının səbəbləri ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Aktyorun vəkili bildirib ki, boşanmaq üçün məhkəməyə ilk müraciət edən Necati Şaşmaz olub. O, 10 milyon lirə təzminat və iki övladının qəyyumluğunu istəyib.
Vəkil məhkəməyə təqdim etdiyi şikayət ərizəsində Nagehanın evliliyini ağır hərəkətlərlə sarsıtdığını qeyd edib. Almaniya vətəndaşı olan Nagehanın uşaqları özü ilə xaricə aparmasına da qadağa qoyulması tələb edilib. Belə ki, aktyor arvadının övladlarını ondan qaçırdacağını güman edir.
2 övladı olan cütlüyün xəyanət üzündən bu qərara gəldiyi iddia edilir.. İddialara görə Nagehan Şaşmaz həyat yoldaşı Necati Şaşmazın telefonunda gördükləri qarşısında şoka düşüb və cütlük əvvəl ayrı evlərdə yaşamağa qərar veriblər, sonra isə məhkəməyə baş vurublar.
Qeyd edək ki,"Kurtlar Vadisi" serialındakı Polat Alemdar obrazı ilə tanınan Necati Şaşmazın Nagehan Şaşmazla nikahından iki uşaqları dünyaya gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət