Slimfit
  1. SİYASƏT

Polad Bülbüloğlu: “Qarabağla bağlı sülh danışıqları aparılmır”

Polad Bülbüloğlu: “Qarabağla bağlı sülh danışıqları aparılmır”
Sakura

Polad Bülbüloğlu: “Qarabağla bağlı sülh danışıqları aparılmır”

Hazırda Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı heç bir sülh prosesi və ya danışıqları yoxdur.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.

“Baş nazir Paşinyan başda olmaqla Ermənistanın hazırkı rəhbərliyi danışıqlar prosesi ilə bağlı tamamilə cəfəng açıqlamalar verir ki, bu da sözün əsl mənasında onu məhv edir. Və bu gün heç bir barışıq prosesi getmir, sülh danışıqları yoxdur”, - deyə diplomat bildirib.

Polad Bülbüloğlu münaqişənin kökündə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və bu məsələ həll olunana qədər sürünən müharibənin davam edəcəyini vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR