Slimfit
  1. DÜNYA

Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır

Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
Sakura

Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır

Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmayacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Meduza”ya müsahibəsində deyib.

Onun fikrincə, sözügedən ritorika Rusiya hakimiyyətinə yardımçı olmayacaq:

“Səfərbərlik [Rusiyada] olduğu kimi davam edir. Cəmiyyətin militarizasiyası göz qabağındadır. Bütün bunları etməyə imkan verən təbliğat isteriyası tamamilə göz qabağındadır. Rusiyanın hər hansısa başqa məqsədlərə yönəldiyini müşahidə etmirik”.

Podolyak hesab edir ki, Kremlin “bu terror aktından səfərbərlik proseslərini daha da gücləndirmək üçün istifadə etməsinin mənası yoxdur”: “Bütün bunlar onsuz da baş verir”.

Müşavirin sözlərinə görə, Kremlin bu cür davranışı bir sıra ölkələrin Ukraynaya münasibətini dəyişdirmək cəhdi olub:

“Düşünürəm ki, yəqin ki, bu, demokratik ölkələrin Ukraynaya loyallığının azalmasına nail olmaq cəhdi idi. Amma bir daha vurğulayıram ki, [terror aktı ilə bağlı] obyektiv faktlar olduğu üçün Rusiya bu məqsədinə nail ola bilmədi”.

O xatırladıb ki, hələ 2016-2018-ci illərdə Rusiya təbliğatı Ukraynanı bir sıra terrorçu təşkilatlarla əlaqələndirməyə çalışıb:

“Bu, Ukraynanın belə yaraqlılara sığınacaq verdiyini göstərmək üçün genişmiqyaslı təbliğat kampaniyası idi. Lakin Ukrayna qlobal terrorçuluqdan mümkün qədər uzaqdır – HƏMAS və “Taliban”ı sözün əsl mənasında maliyyələşdirmiş və onların qlobal bazarda mövcudluğunu qanuniləşdirmiş Rusiyadan fərqli olaraq. “Taliban” hətta Moskvada [Rusiya xarici işlər naziri Sergey] Lavrov səviyyəsində müxtəlif görüşlərdə iştirak edib”.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 140 nəfərdir, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, “Crocus” terroru” işi çərçivəsində ümumilikdə 11 nəfər saxlanılıb. Bu günə qədər səkkiz təqsirləndirilən şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbs edilib.

Hadisədən yalnız 19 saat sonra sükutu pozmuş Rusiya Prezidenti Vladimir Putin çıxışında FTX-nin məlumatlarına istinadən bildirib ki, terrorçular Ukrayna yönünüdə hərəkət edirdilər və onlar üçün“Ukrayna tərəfindən dövlət sərhədini keçmələri üçün pəncərə hazır idi”.

Daha sonra kəşfiyyat rəsmiləri ilə görüşdə Rusiya lideri hücumun “radikal islamçıların əli ilə” həyata keçirildiyini açıqlayıb. Eyni zamanda, Putin bu cinayətin “neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən bəri ölkəmizə qarşı vuruşanların bir sıra cəhdlərinin halqası” ola biləcəyini istisna etməyib. FTX-nin direktoru Aleksandr Bortnikov faktiki olaraq dövlət başçısının narrativinə sadiq qalaraq deyib ki, Ukrayna ərazisində terrorçular üçün “pəncərə hazırlanmışdı” və onlar “qəhrəman kimi qarşılanacaqdılar”.

Bundan başqa, “Meduza”nın məlumatına görə, dövlət və hökumətə yaxın Rusiya mediası Rusiya Prezident Administrasiyasından “Crocus City Hall”da terror aktı ilə bağlı məqalələrdə mümkün “Ukrayna izini” vurğulamaq üçün göstərişlər alıblar.

Martın 26-da Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib ki, “Crocus City Hall”da terror aktını törətdikləri iddia edilən şəxslər respublikaya “daxil ola bilməyəcəklərini” görüblər deyə “üzlərini çevirib Ukrayna-Rusiya sərhədi hissəsinə gediblər”.

Lukaşenkonun sözlərinə görə, terror aktından sonra həm Rusiya, həm də Belarusun sərhədyanı bölgələri gücləndirilmiş təhlükəsizlik rejiminə keçib. Yollarda postlar qurulub, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK), Dövlət Sərhəd Komitəsinin qüvvələri və hərbçilər cəlb olunub.

Belarus lideri əlavə edib ki, şübhəlilərin Bryansk istiqamətində hərəkət etdiyi barədə məlumat alan Belarus və Rusiya rəsmiləri cinayətkarların ehtimal olunan hərəkəti istiqamətində öz ərazilərinə məhdudiyyət qoymaq barədə razılığa gəliblər.

Rusiyanın rəsmi çevrələri və mediası tərəfindən gündəmdə saxlanılan “Ukrayna izi”nə baxmayaraq, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov martın 27-də “İzvestiya”ya verdiyi açıqlamasında bu versiyanı təsdiqləməyib, lakin mümkünlüyünü də istisna etməyib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Rusiyanın fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığından xəbərdar olduğunu bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR