Slimfit
  1. ELM

Plomba ehtiyac qalmayacaq - alimlər dişin təbii bərpası yolunu tapıblar

Plomba ehtiyac qalmayacaq - alimlər dişin təbii bərpası yolunu tapıblar
Sakura

Məhlulun istifadəsi diş ətinin sağalmasına və dentinin bərpasına səbəb olub

Britaniyalı molekulyar bioloqlar siçanlarda kəsici dişlərin böyüməsini müşahidə ediblər və bu prosesi idarə edən molekulu aşkar ediblər. Sputnik Azərbaycan "Nature Communications" jurnalına istinadən xəbər verir ki, onların tədqiqatı dişlərin "təbii" yolla bərpasına imkan verən metodikaların yaradılmasına kömək edəcək.

"Bunlar hələ ki, hamısı laboratoriya sınaqlarıdır və insanın müalicəsində bu cür metodikaları tətbiq etmək üçün hələ çox iş görməliyik. Digər tərəfdən bunun regenerativ tibdə böyük bir sıçrayış olduğunu deyə bilərik ki, bu da yaxın gələcəkdə xəstələrin həyatını köklü şəkildə dəyişəcək", - Britaniyanın Plimut Universitetinin dosenti Binq Hu deyib. 

Binq Hu və onun həmkarları tədqiqat zamanı "Dlk1" molekulunu aşkar ediblər. Bu molekul gövdə hüceyrələri tərəfindən dentin (dişin bərk toxumasının) istehsalını idarə edir. "Dlk1" heyvanlara imkan verir ki, həyat boyu dişlərini optimal vəziyyətdə və eyni uzunluqda saxlasınlar.

Buna görə də bioloqlar bu molekulu zədələnmiş insan dişlərinin regenerasiyasında istifadə edə biləcəklərini güman edirlər. Bu mülahizəni yoxlamaq üçün alimlər bir neçə siçovulun azı dişlərində dəliklər açaraq oraya iki məhlul töküblər. Birinci məhlul adətən diş siniri çıxarılandan sonra təmizlənmiş kanalların doldurulması üçün istifadə olunan preparat, ikinci isə bu preparatın "Dlk1" hüceyrəsi ilə qarışığı olub.

İkinci məhlulun istifadəsi diş ətinin sağalmasına və dentinin bərpasına səbəb olub. Bu da sübut edib ki, "Dlk1" dişlərin bərpasında istifadə oluna bilər.

Binq Hu və onun həmkarları ümid edirlər ki, keçirdikləri sınaqlar gələcəkdə dişlərin tam bərpasına imkan verən texnologiyaların yaranmasına gətirib çıxaracaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR