“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib - Səhiyyə Nazirliyi
Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri və rezidentləri üçün növbəti dərslik çap olunub. “Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi bu sahədə ilk ətraflı tədris vəsaitidir.
Metbuat.az xəbər verir ki, dərsliyin müəllifi, ATU-nun Tədris Cərrahiyyə Klinikasının plastik və rekonstruktiv cərrahı, professor Vaqif Qələndərin sözlərinə görə, kitab 400 səhifədən ibarətdir:
“Bu kitab Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Tibb Universitetinin qrifi olan bir dərslikdir. Dərslik üzərində iş 3 il yarım davam edib. Bu kitabda qeyd olunan bütün klinik vasitələr, əməliyyat üsulları ATU-da özümüz tərəfindən icra olunub”.
Müəllif hesab edir ki, kitab həm rezidentər, həm tələbələr üçün olduqca faydalı olacaq. Çünki “Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi bu sahədə ilk dərslikdir. Kitabın elektron variantı artıq ATU-nun və Səhiyyə Nazilriyinin kitabxanasına təqdim olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət