Yeri çirkləndirməyən ölkə necə görünür
Qanuna görə onun ərazisinin ən azı 60%-i meşə ilə örtülməlidir.
Butan Krallığı Hindistan və Çinin arasında yerləşir, atmosferdən hasil etdiyindən üç dəfə çox karbon qazı udur.
Dünyada mənfi karbon qazına məxsus bir neçə ölkədən biridir, həmçinin Yerdə meşələrini Konstitusiya səviyyəsində qoruyan ölkədir.
Sahəsinə görə Moldova və İsveçrə ilə müqayisə olunan ölkə şimal və şimal-qərbdən Himalay adaları ilə əhatə olunub. Onun ərazisinin 50%-dən çoxu dəniz səviyyəsindən 3km yüksəklikdə yerləşir, buzlaq və daimi qarla örtülüb. Buna baxmayaraq, Buran inanılmaz dərəcədə yaşıldır. Qanuna görə onun ərazisinin ən azı 60%-i meşə ilə örtülməlidir. 1999-cu ildə ölkə meşə materiallarının eksportunu qadağan etdi.
Ağaclara qulluq - Butanın milli mədəniyyətinin bir hissəsidir. 2015-ci ildə yüzlərlə butanlı bir saat ərzində 50 mindən çox ağac əkərək dünya rekordu müəyyən etdi.
Ölkədə hidroenergetika aktiv olaraq istifadə olunur, neft məhsulları ilə işləyən nəqliyyat sayı isə minimuma endirilmişdir. Əhalinin əksəriyyəti meşə və ya kənd təsərrüfatı ilə məşğuldur.
2020-ci ilə qədər kənd təsərrüfatı sahəsi 100% üzvi, 2030-cu ilə qədər isə tullantısız olacaq.
Ətraf mühitə zərər verməmək üçün, Butan hətta turistlərin də axınını məhdudlaşdırıb, belə ki adam başına 250 dollar giriş vergisi təyin edib.
Ölkənin qlobal istiləşmə ilə mübarizədə aparıcı mövqe tutmasına baxmayaraq, onun nəticələrindən çox asılıdır. Bol yağışlar tez-tez daşqınlara və torpaq sürüşməsinə səbəb olur ki, bu da Butanın hidroenergetik kompleksinə zərər vurur.
Bir neçə il əvvəl BMT-nin İqlim dəyişməsi üzrə Hökumətlərarası Qrupu (IPCC) hesabat yaydı ki, onda Yer sakinlərinə “son xəbərdarlığı” verdi. Alimlərin fikrincə, artıq 12 ildən sonra dünya kritik həddi keçə bilər ki, qlobal istiləşmənin nəticələri bərpa olunmaz olacaq. Ekspertlər bütün dünya ölkələrinin hökumətlərini qlobal istiləşməni müəyyən səviyyədə saxlamaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır.
Mənbə: mail.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət