Dərc edildi: Baxış sayı: 554
Pis ayaq qoxusunu aradan qaldıran 3 sadə vasitə
Əksər hallarda pis ayaq qoxusunun səbəbi mikrob və bakteriyalardır. İsti havada ayaqlar tez-tez tərləyir və bu da mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır.
Məhz bu səbəbdən isti havada pis ayaq qoxusu ən yayılmış kosmetik problemlərdən birinə çevrilir.
Sizə pis ayaq qoxusunu aradan qaldırmaq üçün 3 çox sadə vasitəni təqdim edirik. Bu vasitələri hər evdə tapmaq mümkündür.
1. Soda ilə ayaq vannaları. 1 l ilıq su üçün 2 x.q. soda götürülür. Ayaqları vanna edin və yaxşı qurulayın.
2. Tünd çayla ayaq vannaları. Çay büzücü təsirə malikdir, tərləməni azaldır və pis qoxunu yox edir.
3. Araq və ya tibbi spirtlə ayaq vannaları. Spirt mikrobları öldürür və tərləməni azaldır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət