Dərc edildi: Baxış sayı: 442
Pirşağının yol infrastrukturu tam yenilənəcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yaxın günlərdə Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yol infrastrukturunun tam yenilənməsi istiqamətində genişmiqyaslı təmir-tikinti işlərinə başlayacaq.
Ens.az xəbər verir ki,bu barədə "Report"a AAYDA-dan bildirilib.
Məlumatda deyilir ki, anoloji işlər ötən il rayonun Kürdəxanı qəsəbəsində aparılıb. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunub.
Ümumilikdə 2019-cu ildə Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət