Slimfit
  1. AZƏRBAYCAN

Pirallahıda “SOCAR” yanacaqdoldurma məntəqəsi açıldı

Pirallahıda “SOCAR” yanacaqdoldurma məntəqəsi açıldı
Sakura

Pirallahı rayonunda “SOCAR” brendi adı altında yeni yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi…

Pirallahı rayonunda “SOCAR” brendi adı altında yeni yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi keçirilib.

 

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov, müavinlər İsmayıl Əliyev, Anara Hacıbəyli, “SOCAR Petroleum” QSC-nin baş direktoru Toğrul Seyidov və digər qonaqlar iştirak ediblər.

 

Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov bildirib ki, məntəqənin işə düşməsi ilə rayonda yanacağa olan tələbat tam ödəniləcəkdir.

 

Daha sonra “SOCAR Petroleum” QSC-nin baş direktoru T.Seyidov tədbir iştirakçılarını yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə və eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış edib.

 

Onun sözlərinə görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı və ən son model Yaponiya texnologiyaları olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. 

 

T.Seyidov diqqətə çatdırıb ki,  “Super”, “Premium”, “Ai-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Bu məntəqədə 20 nəfərə yaxın işçi çalışacaqdır.

 

Mənbə: Marja.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR