Slimfit
  1. QADINLAR ÜÇÜN

Piqmalion effekti: nəyə görə tərif uğurun açarıdır

Piqmalion effekti: nəyə görə tərif uğurun açarıdır
Sakura

Piqmalion effekti: nəyə görə tərif uğurun açarıdır

Tərif, daha doğrusu, insandan yüksək nəticələr gözləmək əsl möcüzələr edə bilər. Dünən "iki" qiymətlərlə oxuyan tələbələri belə əlaçı olduqlarına inanırsalar, qəfildən materialı daha yaxşı mənimsəməyə və həqiqətən də lider olmağa başlayarlar. Bunu Amerika psixoloqlarının təcrübəsi və elə həyatım özü də.təsdiqləyib.

Parta arxasında "Piqmalionlar"

Bu psixoloji fenomen ilk dəfə amerikalı psixoloq Robert Rozental tərəfindən təsvir edildi, öyrənildi və adlandırıldı.

1963-cü ildə apardığı eksperimentdə Rozental psixologiya fakultəsinin tələbələrini iki qrupa bölüb onlara tapşırıq vermişdi. Tələbələr laboratoriya siçovullarına labirintlərdən çıxma yollarını öyrətməli idilər. Hər iki qrupa eyni laboratoriyanın siçovulları verilmişdi. Rozental A qrup tələbələri aldatmışdı ki, onlar yüksək intellektli siçovullarla işləyəcəklər, guya bu siçovullar xüsusi seçmə ilə yetişdirilib, adi siçovullardan qat-qat ağıllıdılar. B qrupuna isə aldatmışdı ki, sizə verilən ən kütbeyin siçovullardır. Həqiqətdə isə siçovullar hamısı adi heyvanlar idi. Nəticələr belə oldu: A qrup tələbələr B qrupuna nisbətən siçovulları daha tez öyrətdilər. Ona görə belə oldu ki, A qrup tələbələr “bacarıqlı” siçovullarla işlədiklərinə inanmışdılar və buna görə onların gözləntiləri yüksək idi. B qrupu isə əksinə, “kütbeyin” siçovullarla işlədiklərinə inandıqları üçün uğurlu olacaqlarına az ümidli idilər, bu da öz təsirini göstərdi

Niyə bu baş verir?

Robert Rozental və Lenor Yakobson tərəfindən edilən bir təcrübə zamanı məktəb kurikulumunun mənimsənilməsinin yaxşı nəticələri də meydana çıxmışdı ki, bunu müxtəlif yollarla izah etmək olar. Belə ki, "Səhvlər ərazisi: ağıllı insanlar hansı səhvlərə yol verir" kitabının müəllifi Rolf Dobelli iddia edir ki, bütün bunlar "müvəffəqiyyətli" şagirdlər haqqında məlumat verən müəllimlərdədir. Dobelli hesab edir ki, psixoloqların açıqlamasından sonra müəllimlər könüllü olaraq potensial "əla tələbələr" ə daha çox diqqət yetirməyə başlayırlar ki, bu da təlimlərin uğuruna təsir edir.

Bununla belə, "Direktorlar və firma sahibləri üçün böhran idarəetmə təlimi" kitabının müəllifi Aleksandr Şemetyev fərqli bir fikir söyləyir. O, yazır ki, belə durumlarda özünə inam güclü əsas motivdir insan "baryeri daha yüksək" qoyarsa, şübhəsiz ki, buna nail olacaq. Əgər kiməsə həmişə axmaq olduğunu və heç nəyə qadir olmadığını söyləsələr deməli bu kimsə mütləq həmin şəkildə davranmağa başlayacaq.

Bu effektin həyatda tətbiqi

Piqmalion effekti sayəsində göstəricilər demək olar ki, hər hansı bir fəaliyyət sahəsində yaxşılaşdırıla bilər. Belə ki, Daniel Qoulman "İşdəki emosional intellekt" kitabında bu psixoloji hadisənin donanmada uğurlu tətbiqini təsvir edir. Qoulmanın sözlərinə görə, donanma komandanlığı "fitçalanlar" adlandırılan "az hörmətli" dənizçilərə rəğbət hissi bəsləmirdi. Lakin, bir gün rəhbərlık “fitçalanlara” dedilər ki, bundan sonra onlara xidmət “əlaçıları” kimi baxacaqlar. Və birdən həmin dənizçilər ən yaxşı tərəflərini göstərməyə başladılar, onların ünvanlarına cərimə sayı azaldı və hətta “fitçalanlar” in görünüşü də demək olar ki, nümunəvi olmağa başladı.

" Əməkdaşlıq razılaşması: Etibarlı əsasda birgə biznesi necə qurmalı" kitabının müəllifi Devid Qeyc iddia edir ki, Piqmalion effekti şagirdlərə daha yaxşı öyrənməyə, işçilərə daha çox iş görməyə və xəstələrə sürətli sağalmağa imkan verir. Qeyc bildirir ki, bir insanın başqasından gözləntiləri özünü təsdiqləmək istəyən peyğəmbərlik kimi özünü göstərir. Ancaq son psixoloji fenomenin bir mənfi tərəfi var. Məsələn, kimsə həmişə tələbəyə imtahandan keçməyəcəyini söyləsə, bu tələbə ümumiyyətlə hazırlaşmağı dayandıracaq. Əgər imtahanı onsuz da verə bilməyəcəmsə, niyə hazırlaşım.

 

Mənbə: umnaja.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR