Dərc edildi: Baxış sayı: 529
Peskov: "Putin müntəzəm olaraq koronavirus testindən keçir, hər şey normaldır"
“Rusiya Prezidenti Vladimir Putin müntəzəm olaraq koronavirus testindən keçir. Onda hər şey normaldır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Kommunarka qəsəbəsindəki xəstəxananın baş həkimi Denis Protsenkonun koronavirusa yoluxmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, martın 24-də prezident Vladimir Putinin Kommunarkadakı xəstəxanaya gəlib. Orada prezidenti hazırda koronavirusa yoluxmuş baş həkim Denist Protsenko müşayiət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət