Peskov: "Bu gün Rusiya və Polşa arasında münasibətlər ən aşağı səviyyədədir"
“Bu gün Rusiya və Polşa arasında münasibətlər ən aşağı səviyyədədir”.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün Polşa ilə əlaqələrimiz arzulanan kimi deyil, münasibətlərimiz pisdir. Yəqin ki, mümkün olan ən aşağı səviyyədədir. Bu, ölkələrimizin maraqlarına tam ziddir. Bu münasibətin Polşa ilə ortaq tariximizin bir nəticəsi olub-olmadığını söyləmək çətindir. Yəqin ki, elm adamları və tarixçilər bunu təhlil etməlidir”, - deyə D. Peskov deyib.
Kremlin sözçüsü xatırladıb ki, Rusiyaya sanksiya tətbiq edildiyi üçün polşalı fermerlər məhsullarını Rusiyaya tədarük etmək imkanından məhrum olublar.
"Polşa Şərqdən, yəni bizim ölkəmizdən gələn bir təhdid olduğunu iddia edərək NATO-nun hərbi infrastrukturunu öz ərazisinə çəkməyə davam etməyə və Vaşinqtonu daha çox dəstəyə ehtiyac olduğuna inandırmağa çalışır. Vaşinqtonun təkidi ilə Polşa açıq şəkildə "Şimal Axını 2" layihəsinə qarşı çıxır”, - D. Peskov vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət