Slimfit
  1. MEDİA

“Peşəyönümlü İnkişafa Dəstək Dərnəyi” layihəsinin açılış tədbiri keçirilib

“Peşəyönümlü İnkişafa Dəstək Dərnəyi” layihəsinin açılış tədbiri keçirilib
Sakura

“Peşəyönümlü İnkişafa Dəstək Dərnəyi” layihəsinin açılış tədbiri keçirilib

Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi olan “Peşəyönümlü İnkişafa Dəstək Dərnəyi” layihəsinin açılış tədbiri keçirilib. 12 sentyabr tarixində Gəncə şəhər 23 saylı tam orta məktəbin akt zalında keçirilən açılış tədbirində İnternat tipli xarici dillər təmayüllü gimnaziyanın rəhbərliyi və müəllimləri, həmçinin 23 saylı tam orta məktəbin müəllimləri və layihədə fəaliyyət göstərəcək psixoloq, peşə müəllimləri iştirak etdilər. (Qeyd edək ki, gimnaziya tikinti işləri ilə əlaqədar olaraq hal-hazırda 23 saylı tam orta məktəbin binasında fəaliyyət göstərir.)

Gəncə şəhər Təhsil İdarəsi Metodiki Mərkəzinin metodisti Saidə Tağızadə tədbiri açıq elan etdi və layihə haqqında məlumat verib layihənin gimnaziya üçün faydalı olacağından danışdı. Sonra gimnaziyanın direktoru Səmədov Pənah çıxış edərək layihə rəhbəri Elnarə Qaraxanovanın 18 illik pedaqoji fəaliyyətində əldə etdiyi nəaliyyətlərindən və məktəb üçün gətirdiyi yeniliklərdən danışaraq təbrik etdi. Daha sonra gimnaziyanın təlim-tərbiyyə işləri üzrə direktor müavini Əsgərova Aybəniz çıxışında Elnarə Qaraxanova 2009-cu tədris ilində “İlin ən yaxşı müəllimi” müsabiqəsinin də qalibi olduğunu qeyd edərək ondan daim innovativ fəaliyyətləri gözlədiklərini dilə gətirdi.

Layihə rəhbəri Elnarə Qaraxanova layihə haqqında geniş məlimat verdi. Layihənin əsas məqsədi şagirdləri öz maraq və istedadlarına uygun peşəyə yönəltməklə onlarda özünəinamın formalaşdırılması və cəmiyyətə sağlam ruhda vətəndaş yetişdirməkdə dəstək olmaqdır. “Peşəyönümlü inkişafa dəstək dərnəyi” layihəsi çərçivəsində İnternat tipli xarici dillər təmayüllü gimnaziyanın 40 nəfər bir və ya hər iki valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, boşanmış ailələrin, qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına psixoloji dəstək verməklə onların maraq və istedadlarını üzə çıxarmaq, onlara praktik bacarıqların verilməsi üçün peşəyönümlü (rəssamlıq, əl işləri, musiqi, idman ) məşğələlərdə iştirak imkanlarını təmin ediləcək.

Sonra layihədə psixoloq kimi fəaliyyət göstərəcək  Gəncə Dövlət Humanitar Kollecin psixologiya müəllimi, “Uğur Birlik” Təlim-İnkişaf və Psixoloji-Loqopedik Mərkəzin psixoloqu Günel İsgəndərova travmalı uşaqlarla hansı üsullarla işləyəcəyi haqqında məlumat verdi. Qeyd edək ki, layihədə 2 psixoloq və 4 peşə sahəsi üzrə müəllim fəaliyyət göstərəcək.

Tədbir sonunda iştirakçılar tərəfindən verilmiş suallar cavablandırılaraq başa çatdı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR