Slimfit
  1. AZƏRBAYCAN

Peşə təhsili müəssisəsində çalışan 2 minədək şəxsin diaqnostik qiymətləndirilməsi aparılıb

Peşə təhsili müəssisəsində çalışan 2 minədək şəxsin diaqnostik qiymətləndirilməsi aparılıb
Sakura

Peşə təhsili müəssisəsində çalışan 2 minədək şəxsin diaqnostik qiymətləndirilməsi aparılıb

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı növbəti – peşə təhsilinə həsr edilmiş infoqrafik məlumat açıqlanıb.

Təhsil Nazirliyindən “Report”a bildirilib ki, peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü islahatlar peşə təhsilinin rolunun əhəmiyyətli dərəcədə artırılmasına təkan verib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, bu sahənin perspektiv inkişafı üzrə kompleks tədbirlər həyata keçirilib.

2016-cı ildə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunub, “Peşə təhsili haqqında” Qanun qəbul edilib. Peşə təhsili pilləsinin 3 səviyyəsi - ilk peşə, texniki peşə və yüksək peşə təhsili müəyyən olunub. Təhsilalanlara tələbə statusu, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsi verilib. Peşə təhsili müəssisələrinə qəbulda şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bütün ölkəni əhatə edən “ASAN Peşə” layihəsi həyata keçirilir. İşəgötürənlərlə pilot layihələr üzrə əməkdaşlıq nəticəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilib. Gəncə, Qəbələ, Qax, Bərdə, İsmayıllı və Cəlilabadda peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, kurikulumların hazırlanması və təlimlərin keçirilməsi üzrə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb.

60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. Peşə təhsili üzrə 136 modul tədris vəsaiti, 55 yeni dərslik, 94 ixtisas üzrə təhsil proqramı hazırlanıb. 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb. Kənd təsərrüfatı və turizm sahəsi üzrə ixtisaslaşmış Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilib. Mingəçevir şəhərində "ASAN Peşə" Təhsil Mərkəzi fəaliyyətə başlayıb. Koreya təhsil standartları əsasında tikintisinə başlanılan Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ilində istifadəyə veriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR