Dərc edildi: Baxış sayı: 556
Pentaqon Trampı təkzib etdi: Hücuma cavab hazırlayırıq!
ABŞ tərəfdaşlarıyla birgə Səudiyyə Ərəbistanının neft obyektlərinə hücuma qarşı cavab tədbirləri hazırlayır.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Müdafiə naziri Mark Esper paylaşıb.
“ABŞ hərbçiləri tərəfdarlarıyla birgə çalışır ki, bu görünməmiş hücuma qarşı cavab versin və İran tərəfindən pozulan dünya nizamı qaydalarını qorusun”, - deyə o bildirib.
Qeyd edək ki, Tramp bundan öncə ABŞ-ın Səudiyyə Ərəbistanına görə İrana zərbəyə hazırlaşmadığını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət