Slimfit
  1. DÜNYA

Pentaqon rəhbəri koronavirusa görə təcrid olundu

Pentaqon rəhbəri koronavirusa görə təcrid olundu
Sakura

Pentaqon rəhbəri koronavirusa görə təcrid olundu

ABŞ-ın Müdafiə naziri və onun birinci müavini tezliklə tabeliklərindəki şəxslərlə yalnız video ilə əlaqə quracaqlar.

Report” xəbər verir ki, bu barədə məlumat verən ABŞ Müdafiə Nazirliyinin böyük mətbuat katibi Conatan Qofman bu addımın Pentaqon rəhbərliyinin yeni növ koronavirusa yoluxma riski ilə üz-üzə qalmaması üçün atıldığını söyləyib.

“Müdafiə naziri və onun müavini fiziki olaraq təcrid olunacaqlar. Biz onların ətrafında təhlükəsizlik məkanı yaratmağa çalışırıq”, - C.Qofman bildirib.

Onun sözlərinə görə, bu, xidməti məsələlərdə qurumun rəhbərləri ilə əlaqənin videorabitə vasitəsilə baş tutacağı deməkdir.

Bununla yanaşı, mətbuat katibi ABŞ Silahlı Qüvvələrində virusa yoluxma ilə bağlı 37 hadisənin təsdiqləndiyini bildirib.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 4 727 nəfəri keçib, 93 nəfər ölüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR