Dərc edildi: Baxış sayı: 585
Pensiyaların sığorta hissəsi indeksləşdiriləcək - Sərəncam
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə həvalə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət