Slimfit
  1. İQTİSADİYYAT

Pensiyaçıları sevindirəcək xəbər - Layihə təqdim olunur

Pensiyaçıları sevindirəcək xəbər - Layihə təqdim olunur
Sakura

Pensiyaçıları sevindirəcək xəbər - Layihə təqdim olunur

Özəl pensiya fondlarının yaradılması məqsədilə normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür.
 
Ens.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, prosesin yekununda müvafiq layihələr baxılması üçün Milli Məclisə təqdim olunacaq.
 
 
 
Fondun sədri bu ilin əvvəlində həyata keçirilən 4-cü sosial islahat paketinə də diqqət çəkib.
 
Qeyd edib ki, 1.9 milyon nəfəri əhatə edən islahatın illik əlavə maliyyə tutumu 750 milyon manat olub. İslahat çərçivəsində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Bu il sosial ödənişlərdə artımlar ümumilikdə 810 min nəfərə şamil olunub.
 
Himalay Məmişov əlavə edib ki, bu ilin yanvar-iyun aylarında 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 min 234 şəxsə birdəfəlik ödəniş təyin edilib.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR