Slimfit
  1. CƏMİYYƏT

Penitensiar Xidmətdən vəfat edən məhbusla bağlı rəsmi məlumat

Penitensiar Xidmətdən vəfat edən məhbusla bağlı rəsmi məlumat
Sakura

Penitensiar Xidmətdən vəfat edən məhbusla bağlı rəsmi məlumat

Penitensiar Xidmət vəfat edən məhbusla bağlı məlumat yayıb.

Xidmətdən Trend-ə daxil olan məlumata görə, 25.07.2018-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.10, 120.2.11, 29, 120.2.1, 29, 120.2..3, 29, 120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.1, 228.3, 228.4, 234.1, 277, 278.2, 281.2, 315.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Quliyev Eşqin Zahid oğlu 09.08.2018-ci il tarixdə Penitensiar xidmətin Bakı İstintaq təcridxanasına daxil olub.

Tibbi müayinədən keçirilmiş E.Quliyev “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya” diaqnozu ilə ixtisaslı müayinə və müalicə məqsədilə Penitensiar xidmətin Müalicə müəssisəsinə keçirilmiş, müalicəsi yoluxucu xəstəliklər şöbəsində aparılıb.

Sentyabrın 27-də “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Baş-beyin ödemi. Dərin koma” diaqnozu ilə intensiv terapiya şöbəsinə köçürülüb.

 Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, sentyabrın 29-da saat 15:20 radələrində E.Quliyev müalicə aldığı şöbədə “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya. Baş-beyin ödemi. Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı” diaqnozu ilə vəfat edib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR