Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Pediatrdan xəbərdarlıq: Körpələri öpməyin

Pediatrdan xəbərdarlıq: Körpələri öpməyin
Sakura

Körpələrin dərisi həssas və nazik olduğu üçün onları öpmək olmaz

Körpələrin dərisi həssas və nazik olduğu üçün onları öpmək olmaz.

Bu sözləri Axar.az-a açıqlamasında pediatr Kəmalə Əmrahova deyib.

O bildirib ki, uşaqları öpərkən onların dərisinə müxtəlif infeksiyalar yoluxa bilər:

“Xüsusən xanımlar öpərkən diqqətli olmalıdırlar. Onların istifadə etdiyi dodaq boyası və digər kosmetik məhsullardakı kimyəvi maddələr uşağın dərisini qıcıqlandırır və qızartı verir. Kişilərin üzlərindəki tüklər də körpənin dərisini qıcıqlandıran səbəblərdəndir. Buna görə körpələrin dərisi qabıq qoyur və qızarır. Çox öpülən uşaqların dərisi həssas olur. Buna görə körpələrin öpmək düzgün deyil. Valideynlər xüsusilə də küçədə və digər yerlərdə tanımadığı şəxslərin övladlarını öpməsinə icazə verməməlidir. Ağız və burun bakteriyaların giriş nöqtəsidir. Hər cür bakteriya və virus körpələrə keçə bilər və onların immun sistemi zəif olarsa, tez-tez xəstələnə bilərlər. Nəfəs yolu infeksiyasına yoluxan şəxslərin körpələri öpməsi isə qətiyyən olmaz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR