Slimfit
  1. CƏMİYYƏT

Paytaxtın Yol Polisi sürücülərə müraciət edib

Paytaxtın Yol Polisi sürücülərə müraciət edib
Sakura

Paytaxtın Yol Polisi sürücülərə müraciət edib

“Məlum olduğu kimi, “COVID-19” pandemiyasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi  karantin rejimi tədbirləri nəticəsində virusa yoluxma sayında nəzərəçarpan azalma qeydə alınıb. Lakin son günlərdə  gündəlik yoluxmada artımın müşahidə edilməsi yenidən ciddi narahatlığa səbəb olur”.

Ens.az xəbər verir ki, bunu APA-ya Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

“Bakı şəhər BPİ DYPİ sərnişin daşıma ilə məşğul olan şirkətlər, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək bildirir ki, mövcud vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejimi qaydalarına ciddi əməl edilməsi barədə tələblərə riayət edilsin. Aparılan araşdırmalar, təhlillər göstərir ki, gündəlik yoluxma sayında artım karantin qaydalarına əməl edilməməsindən qaynaqlanır.

Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması, avtomobillərin dezinfeksiya edilməsi və nəfəs yollarını qoruyan tibbi maskalardan istifadə edilməsinin zəruriliyini nəzərə almalıdırlar. Özlərinin və sərnişinlərin virusa yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə ciddi əməl edilməsini tövsiyə edirik.

Paytaxt ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə profilaktik tədbirlər bundan sonra da tərəfimizdən mütəmadi olaraq davam etdiriləcək.

Bir daha sürücülərə fəaliyyətlərini karantin qaydalarına uyğun yerinə yetirmələrini tövsiyə edirik”, - deyə o əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR