Slimfit
  1. CƏMİYYƏT

Paytaxtın tıxaclarına çarə: Skuter və velosipedlərdən istifadə nəyi dəyişəcək?

Paytaxtın tıxaclarına çarə: Skuter və velosipedlərdən istifadə nəyi dəyişəcək?
Sakura

Paytaxtın tıxaclarına çarə: Skuter və velosipedlərdən istifadə nəyi dəyişəcək?

“Bu gün Bakı şəhərində yerüstü səfərlərimizin 60-70 faizi avtobusların, 30-40 faizi isə taksilərin payına düşür. Amma avtobusların üstünlükləri çox azdır və hazırda bunun üzərində işlər gedir. Taksilərlə edilən səfərlərin orta məsafəsi isə 1-3 kilometrdir ki, bunu da mikromobil vasitələrlə başa vurmaq olar”. 

Ens.az-ın məlumatına əsasən,problemləri Bizim.media-ya açıqlayan nəqliyyat sektoru üzrə ekspert Rauf Ağamirzəyev çıxış yollarından birinin səkilər olduğunu deyib:

“Digəri isə velozolaqlardır ki, bunlarla da velosipedlərin və skuterlərin hərəkətini təmin etmək olar. Buna da artıq Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısından başlayıblar. Bakının gələcək vizual görüntüsü artıq formalaşır. İstiqlaliyyət küçəsi paytaxtda geniş səkilərə malik olan yeganə küçədir. Burada velozolağın təşkili ilk növbədə mikromobil vasitələr üçün yeni imkanlara səbəb olacaq, digər tərəfdən isə ictimai nəqliyyatın hərəkətini tənzimləyəcək. 

Ardınca isə Azərbaycan və Bülbül prospektlərində, eləcə də Mirzağa Əliyev küçəsində xətlərin çəkilməsi planlaşdırılır. İlkin mərhələdə bəzi çatışmazlıqlar ortaya çıxacaq.

Bunlara da cavab veriləcək. Əvvəlcə konflikt nöqtələrin idarə olunması məsələsini qeyd etməliyik. Belə ki, əgər zolaq dayanacağın qarşısından keçərsə, bunu dərhal həll etmək və dayanacağı bir qədər də irəli çəkmək olar. Elə etmək lazımdır ki, bir hərəkət iştirakçısı digərinə mane olmasın”. 

“Cərimələr tətbiq olunmalıdır”

Ekspert vurğulayıb ki, zolaqlar çəkildikdən sonra sərt nəzarət tədbirləri aparılmalıdır:

“Avtobus xətləri ilə bağlı problemləri bu sahədə də qaldırmaq lazımdır. Çünki sərt nəzarətin olmadığı istənilən infrastrukturla bağlı mexanizmlər əksər hallarda işlək olmur. Əgər bu xətlər yaradılırsa, o zaman buna mane olan bütün hallar aradan qaldırılmalı və müəyyən cəzalar, yaxud cərimələr tətbiq olunmalıdır. 

Ona görə ki, əgər burada hərəkət varsa, deməli, təminat olmalıdır. Eyni münasibət səkilərdəki, piyada xətlərindəki və avtobus dayanacaqlarındakı yanlış parklamalara qarşı da göstərilməlidir. Bir sözlə, hərəkətə maneə yaradan istənilən avtomobil sahibi cərimə olunmalıdır. Əgər eyni hal təkrarlanarsa, o zaman sürücülük vəsiqəsindən müvəqqəti məhrum olunmalıdır. 

Bundan başqa zolaqlarda xüsusi qurğularla və ya plastik sədlərlə fiziki ayırmalar etmək lazımdır ki, kimsə ora daxil ola bilməsin, nəticədə skuter və velosiped sürənlər rahat hərəkət edə bilsinlər”. 

Ekspert bildirib ki, az xərc çəkib, bu cür alternativlərdən istifadə etməklə tıxacdan qurtulmaq mümkündür: 

“Üstəlik, vətəndaşları buna yönləndirmək və təşviq etmək lazımdır ki, onlar bu cür ucuz və sərfəli imkanlardan istifadə etməklə, öz səfərlərini təşkil etsinlər. Hazırda paytaxtın müəyyən yerlərində skuterlər icarəyə verilir. Bu da vətəndaş üçün əlavə imkan deməkdir. Hətta skuterlərin parklanma yerləri yaradıla bilər. İş olan yerdə səhvlər də olacaq, amma əsas odur ki, işə başlayaq”. 

Onun sözlərinə görə, əgər bu xətlər olmasa, şəhərdə xaos yaranacaq:

“Bu xətlər olmasa, vətəndaşlar həm yolun hərəkət hissəsində, həm də səkilərdə qaydasız şəkildə öz yollarında hərəkət edəcəklər. Hazırkı işlər başa çatdıqdan sonra isə onların qarşısında müəyyən tələblər də qoyulacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR